Meyxanaçının ölümü ilə bağlı TƏBİB-dən açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçının ölümü ilə bağlı TƏBİB-dən açıqlama 

Şou

09 İyul 2024 10:43 614


05.07.2024-cü il tarixində saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əsgərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.  Marqarita pizza

09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əsgərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib. 

Qeyd edək ki, E.Əsgərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!