Meyxanada yeni döyüş meydanı: “Kəlmə-kəlməyə” başladı

saytların hazırlanması

Evə çatdırılma

Meyxanada yeni döyüş meydanı: “Kəlmə-kəlməyə” başladı

Şou

02 Dekabr 2025 14:15 1062


ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verib.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcəyi layihədə rəqiblər bəlli olub:

Vüqar Şiriyev - Ataş Turabov, Vüqar İmamcanov - Şəhriyar Hacıyev, Nəsimi Allahverdiyev -Kamran Quliyev, Pərviz Həşimov - Tərlan Xəlilov, Kərim Kərimli - Teymur Əliyev, Rəşad Həkimi - Cəlil Əliyev, Aydın Hüseynov - Fariz Zeynalov, Elxan Lətifov - Valeh Musayev pizza

İştirakçılara səsvermə m10 platforması üzərindən həyata keçirilir.

Aparıcılığını şoumen Elcan Rəsulovun etdiyi layihənin şərhçiləri “De gəlsin” layihəsinin ilk aparıcısı Emin Əfəndi, meyxana ustadı Mehman Əhmədlidir.

Layihə hər Şənbə günü saat 22:00-da ATV-də yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!