Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov oğullarına toy edib.
Yenisabah.az Manset-ə istinadla xəbər verir ki, o, bir həftədə 2 möhtəşəm toy mərasimi keçirib. M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova "Buta Palas"da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova "Fairmont" hoteldə dəbdəbəli toy edib.
Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Toyuqlu pizza
Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib.
Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib. Mərasimində gəlinlərə bahalı qızıl-brilyant hədiyyə ediblər.
MSK sədri Məzahir Pənahov Manset.az-a açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.
Telegram kanalımız