MSK sədri onlara xəbərdarlıq etdi: "Cəzalandırılacaqlar"

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri onlara xəbərdarlıq etdi: "Cəzalandırılacaqlar"

Siyasət

21 Fevral 2020 19:33 913


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fəaliyyətində nöqsanlara yol verən dairə və məntəqə seçki komissiyalarının sədrlərinə xəbərdarlıq edib. "Yeni Sabah" xəbər verir ki, M.Pənahov bu barədə MSK-nın bu gün keçirilən iclasında çıxışı zamanı məlumat verib. O bildirib ki, fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının sədrləri və məntəqə seçki komissiyalarının sədrləri növbəti seçkilərdə olmayacaqlar: "Fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar. Qanun pozuntularına yol verən komissiyalar isə buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq". /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!