Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik

Siyasət

19 Yanvar 2020 19:21 1389


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Saleh Soltanovun namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

"Yeni Sabah" xəbər verir ki, iddiaçı yaşadığı problemlə əlaqədar Mərkəzi Seçki Komisssiyasına teleqram vurduğunu, həmçinin dəfələrlə qurumun Qaynar Xəttinə müraciət etdiyini qeyd edib.

İclasda iştirak edən Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı söz istəyərək sözügedən dairədə bir çox qanun pozuntularının yaşandığını və MSK-nın müraciətlərə cavab vermədiyini vurğulayıb. Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb. Toyuqlu pizza

Son olaraq M. Pənahov şikayətin əsassız olduğunu bildirib: “Sizin köhnə Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu nəzərə alaraq söz verdim, ancaq sizin şikayətçinin əvəzinə danışmaq hüququnuz yoxdur. Bizim də əsəbimizin həddi var. Məntiqli formada bildirilmiş bütün iradları nəzərə almağa hazırıq”.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!