“Məzahirə zəng edərəm...“ - Hadı Rəcəblinin səs yazısı yayıldı -   ŞOK ETİRAFLAR

saytların hazırlanması

Evə çatdırılma

“Məzahirə zəng edərəm...“ - Hadı Rəcəblinin səs yazısı yayıldı - ŞOK ETİRAFLAR

Siyasət

04 Fevral 2020 19:19 2945


9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan, hazırkı millət vəkili Hadı Rəcəbliyə məxsus olduğu bildirilən  səs yazısı yayılıb.

"Yeni Sabah" xəbər verir ki, Hadı Rəcəbliyə məxsus olduğu bildirilən səs yazısında millət vəkili Emil adlı şəxsə müraciət edərək onun namizədliyini geri götürməyi təklif edir.

Qeyd edək ki, 74 saylı Lənkəran kənd seçki dairəsindən Emil adlı yalnız bir nəfər deputatlığa namizəd var. Həmin şəxs 1980-ci il təvəllüdlü Vahabov Emil Eminağa oğludur. Səs yazısında Hadı Rəcəbli Emildən namizədliyini geri götürməyini istəyir. Bildirir ki, lazım gəlsə MSK sədri Məzahir Pənahova zəng edib seçkinin nəticələrini dəyişdirə bilər.  /Yeniavaz.com Toyuqlu pizza

Həmin səs yazısını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!