Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olundu

İqtisadiyyat

28 Oktyabr 2019 08:44 1198


Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovun kollektivə təqdimetmə mərasimi keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, onu İqtisadiyyat Nazirliyinin işçilərinə Baş Nazir Əli Əsədov təqdim edib.

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı həmçinin "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!