Mikayıl Cabbarova daha bir vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarova daha bir vəzifə verildi

Sosial

20 Noyabr 2019 09:07 4077


Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib. 

"Yeni Sabah"ın məlumatına görə, Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub. Marqarita pizza

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!