Mikayıl Müşfiqin muzeyinə pianino və tar hədiyyə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Müşfiqin muzeyinə pianino və tar hədiyyə etdi

Şou

03 Fevral 2025 11:59 208


Əməkdar artist Elza Seyidcahan görkəmli şair Mikayıl Müşfiqin Xızının Sayadlar kəndində yerləşən ev muzeyini ziyarət edib. O, muzeyə pianino, tar, stul və bir neçə digər əşya hədiyyə edib.

Seyidcahan bildirib ki, bir müddət əvvəl muzeyə ziyarəti zamanı Müşfiqin “Oxu, tar” şeirinə ilham verən tarın olmadığını görüb və bu səbəbdən musiqi alətləri bağışlamaq qərarına gəlib:

"Mikayıl Müşfiqin yaradıcılığı məni hər zaman duyğulandırıb. Musiqi və poeziya bir-birini tamamlayan sənət sahələridir. Bu arzumu həyata keçirdiyim üçün xoşbəxtəm," – deyə sənətçi vurğulayıb. Marqarita pizza

Ziyarət zamanı o, pianino arxasında musiqi də ifa edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!