"Milan" 16 yaşlı hücumçusu Françesko Kamarda müqavilənin müddətini uzadacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Yaxın vaxtlarda futbolçu və klub nümayəndələri müqavilə imzalamaq üçün görüşəcəklər. Klubun hücumçu ilə hazırkı müqaviləsi yaya qədərdir.
2023-cü ilin noyabrında Kamarda A Seriyasının tarixində ən gənc debütant olub - 15 yaş 260 gün. Dominos pizza
Bu mövsüm Françesko 19 yaşadək futbolçulardan ibarət "Milan"ın heyətində 41 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib. O, əsas komandada 2 oyuna çıxıb.
Telegram kanalımız