“Milan“ İbrahimoviçlə müqavilə bağladı: 7 milyon avro maaş alacaq

saytların hazırlanması

Evə çatdırılma

“Milan“ İbrahimoviçlə müqavilə bağladı: 7 milyon avro maaş alacaq

İdman

23 Aprel 2021 12:35 733


"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzatdığını rəsmən açıqlayıb.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli forvardla yeni 1 illik sözləşmə imzalanıb. İtaliya mətbuatı oktyabrda 40 yaşı tamam olacaq futbolçunun illik 7 milyon avro maaş alacağını yazıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ilin yanvarından "Milan"da çıxış edir. O, 2010-2012-ci illərdə də "qara-qırmızı"da oynayıb. İbrahimoviç bu mövsüm 24 oyuna 17 qol vurub.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!