“Milan” mövsümdə ilk dəfə məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Milan” mövsümdə ilk dəfə məğlub oldu

İdman

07 Yanvar 2021 01:39 1244


İtaliya A seriyasında XVI turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Məhsuldar keçən turda “Parma”dan başqa bütün komandalar qol sevinci yaşayıb. Günün mərkəzi oyununda son çempion “Yuventus” lider “Milan”ın qonağı olub. Turin təmsilçisi səfər qələbəsi qazanaraq liderlə xal fərqini azaldıb. Bu matçadək məğlubiyyətsiz irəliləyən meydan sahibləri mövsümdə ilk dəfə uduzub. pizza

Digər Milan təmsilçisi “İnter” “Sampdoriya”ya məğlub olub. İkinci pillədə qərarlaşan “neradzurra” xal qazana bilməsə də, mövqeyini qoruyub.

Üst sıralarda qərarlaşan komandalardan “Atalanta” “Parma”nı darmadağın edib. “Sassuolo” isə “Cenoa”dan güclü olub. “Napoli” gözlənilmədən evdə “Speziya”ya uduzub.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 9-11-də keçiriləcək.

İtaliya A seriyası

XVI tur

6 yanvar

“Kalyari” – “Benevento” – 1:2

Pedro, 20 – Sau, 41, Tuya, 41

“Bolonya” – “Udineze” – 2:2

Tomiyasu, 19, Svanberq, 40 – Pereyra, 34, Arslan, 90+4

“Krotone” – “Roma” – 1:3

Qolemiç, 71 - Mayoral, 8, 29, Mxitaryan, 35 (pen.)

“Latsio” – “Fiorentina” – 2:1

Kaysedo, 6, İmmobile, 75 – Vlahoviç, 88 (pen.)

“Sampdoriya” – “İnter” – 2:1

Kandreva, 23 (pen.), Balde, 38 – De Vriy, 65

“Sassuolo” – “Cenoa” – 2:1

Boqa, 52, Raspadori, 83 – Şomurodov, 64

“Torino” – “Verona” – 1:1

Bremer, 84 – Dimarko, 67

“Atalanta” – “Parma” – 3:0

Muriel, 15, Zapata, 49, Qosens, 61

“Napoli” – “Speziya” – 1:2

Petanya, 58 – Nzola, 68 (pen.), Pobeqa, 81

“Milan”  “Yuventus” – 1:3

Kalabriya, 41 - Kyeza, 18, 62, Makkenni, 76

/Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!