İtaliya futbol klubunun saytı xəbər verir ki, portuqaliyalı Paulo Fonseka "Milan"ın baş məşqçisi vəzifəsinə keçib.
Yenisabah.az xəbər verir ki, 51 yaşlı Fonseka bu vəzifədə Stefano Piolini əvəzləyərək "Milan"la 3 illik müqavilə imzalayıb.
Piolini may ayında işdən çıxarılıb. pizza
Əvvəllər Fonseka bir sıra Portuqaliya klublarına, o cümlədən "Portu" və "Braqa"ya rəhbərlik edib. O, Ukraynanın “Şaxtyor”, İtaliyanın “Roma” və Fransanın “Lill” klublarında çalışıb.
Onun rəhbərliyi altında “Şaxtyor” üç dəfə Ukrayna çempionatı və kubokunu, bir dəfə isə Ukrayna Superkubokunu qazanıb. Fonsekanın rəhbərliyi altında "Porto" Portuqaliya Super Kubokunu, "Braqa" Portuqaliya Kubokunu qazandı.
Telegram kanalımız