“Milan”ın futbolçusu 14 gündür itkin düşüb

saytların hazırlanması

Evə çatdırılma

“Milan”ın futbolçusu 14 gündür itkin düşüb

İdman

19 Oktyabr 2023 14:46 453


İsveçin "Norrçöpinq" klubunda icarə əsasında çıxış edən "Milan"ın hücumçusu Emil Robak itkin düşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. Bildirilir ki, 20 yaşlı futbolçudan 14 gündür ki, heç bir xəbər yoxdur. "Norrçöpinq" və oyunçunun ailəsi Emilin başına nə gəldiyini bilmirlər. Robak iki həftədir klubun məşqində iştirak etmir. O, komanda yoldaşlarına məşqə getməyəcəyi ilə bağlı xəbərdarlıq etməyib. 

Bildirilir ki, "Norrçöpinq"in idman direktoru Robakla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib. Hazırda yerli mətbuatda futbolçunun itkin düşməsi ilə bağlı xəbərlər yayılır.  Dördpendirli pizza

Robak 2020-ci ildən "Milan"ın sistemindədir. Onun İsveç klubu ilə müqaviləsi bu ilin noyabrına qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!