İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub.
Yenisabah.az xəbər verir ki, klub bu barədə “rossonyerlər” rəsmi sayt vasitəsilə məlumat yayıb.
Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda – müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq. Marqarita pizza
Qeyd edək ki, “Milan” A seriyasının XVIII turu çərçivəsində sabah “Kalyari”nin qonağı olacaq.
Telegram kanalımız