“... millət görsün kim kişidir, kim dişi...” - Ağır cavab

saytların hazırlanması

Evə çatdırılma

“... millət görsün kim kişidir, kim dişi...” - Ağır cavab

Şou

25 Aprel 2024 15:05 17615


Xalq artistləri Rasim Balayev və Əli Nurun "Alatava" serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid etməsi müzakirəsiz ötürşməyib. 

Belə ki, serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora sərt cavab verib. O, Xalq artistini tərbiyəsiz adlandırıb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Əli Nur da onu cavabsız qoymayıb. Dominos pizza

“Danışıq var, “küçə danışığı", “bazar danışığı" var, səhnə, ekran danışığı var.  Səhnəyə, efirə küçə danışığı gətirmək olmaz!!! Əgər siz buna “təbilik" deyirsizsə... Sizin təbirinizcə “naturalizm", onda küçələrdə lüt gəzin. 

Natural, təbiiliyi bizim eradan əvvəl 45-ci ildə Mark Tuli Siseryon kultur yəni mədəniyyət sözü ilə əvəzlədi. Düzdür, bəzi şairlər “həzliyyat" deyilən söyüş ifadə edilən şeirlər yazıb, lakin bunu səhnədən, efirdən səsləndirmək etikaya və insanlığa sığmaz. Həmin şairlər o şeirləri kiçik, qadın və uşaq olmayan məhəlli məclislərdə deyiblər. Əgər kişilikdən dəm vurursansa, efirə yığılaq, millət görsün kim kişidir, kim dişi...” -, deyə sənətçi Taleh Yüzbəyova cavab verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Сариван
    Rasim müəllim və Əli müəllim düz deyirlər indiki seriallar mənasız məntiqsiz və cox sünidirlər
    2 years ago
  • Сариван
    Rasim müəllim və Əli müəllim düz deyirlər indiki seriallar mənasız məntiqsiz və cox sünidirlər
    2 years ago
  • Abuzet
    Hormetli xalg artistlerimizin dedikleri sozler Xalgın sozüdür.Xahish edirem bu meseleni İTV- de müzakireye cıxarasınız.
    2 years ago