Millət vəkili Emin Hacıyevin seçicilərlə onlayn görüşü keçirilib - Foto

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili Emin Hacıyevin seçicilərlə onlayn görüşü keçirilib - Foto

Siyasət

04 Sentyabr 2020 11:10 835


Sumqayıt şəhər 43 saylı 3-cü seçki dairəsindən millət vəkili seçilən Emin Hacıyevin seçicilərlə onlayn görüşü keçirilib.

Yenisabah.az bildirir ki, görüşdə seçki dairəsinə daxil olan hər bir mikrorayon və məhəllədən sakinlər iştirak edib.

Onlayn qəbul zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilərin məşğulluq, sosial və tibbi yardım, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. Dominos pizza

Emin Hacıyev onlayn görüş zamanı seçicilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyasının ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı görülən işlər, həyata keçirilən sosial-iqtisadi dəstək tədbirləri haqqında məlumat verib. Həmçinin koronavirus infeksiyasından qorunmaq üçün karantin rejiminin qaydalarına, qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması prinsiplərinə ciddi əməl etməyin vacibliyini vurğulayıb. Millət vəkili hər bir seçicinin müraciətinə həssas yanaşıldığını qeyd edərək, qaldırılan problemlərin həlli üçün bütün mümkün addımların atılacağını, karantin rejimində vətəndaşlarla onlayn görüşlərin davam etdiriləcəyini bildirib. Seçicilərin maraqla qarşıladığı görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!