Millət vəkili seçicilərlə növbəti görüşünü keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkili seçicilərlə növbəti görüşünü keçirdi

Hadisə

12 Mart 2021 13:13 995


Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, mütəmadi olaraq seçicilərlə görüşən, www.hamzayev.az saytı vasitəsi ilə əlaqə saxlayan, onların qayğıları ilə ətraflı maraqlanan Naqif Həmzəyev qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edib, arzu və təkliflərini, problemlərini dinləyib.

Təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!