Millət vəkilləri Buzovna çimərliyində iməcilikdə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkilləri Buzovna çimərliyində iməcilikdə - Fotolar

Sosial

09 Avqust 2019 12:57 1190


“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.

“Yeni Sabah” xəbər verir ki, ETSN əməkdaşları, YAP nümayəndələri, millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin “AzEkol” MMC, “Təmiz şəhər” ASC, “Azərsun Holdinq” MMC, Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!