Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək

İdman

08 Sentyabr 2024 10:11 804


Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Yenisabah.az xəbər verir ki, millimiz səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək. pizza mizza

UEFA Millətlər Liqası

C Liqası, I qrup

II tur

8 sentyabr

20:00. Slovakiya - Azərbaycan

Baş hakim: Damian Silvestrjak (Polşa).

Koşitse, "Koşitse Futbol Arenası"

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!