Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Millətlər Liqası: Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşdi

İdman

29 Mart 2022 20:58 531


Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.

Yenisabah.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub. pizza sifarişi

İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.

Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb.

UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 5:4)

İlk oyun - 2:1

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!