Millətlər Liqası: Ermənistan Azərbaycana rəqib olur? 

saytların hazırlanması

Evə çatdırılma

Millətlər Liqası: Ermənistan Azərbaycana rəqib olur? 

İdman

06 Fevral 2024 11:27 824


Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

C Liqasının 2-ci səbətində qərarlaşan milli komandamızın potensial rəqibləri məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq. pizza hut

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!