Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya İspaniya ilə qarşılaşıb.
Milanda "San-Siro" stadionunda keçirilən görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə 37 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Dördpendirli pizza
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.
6 oktyabr
22:45. İtaliya - İspaniya - 1:2
Qollar: Pelleqrini, 83 - Torres, 17, 45+2
Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, "San-Siro" stadionu
Telegram kanalımız