Millətlər Liqasında ilk finalçı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Millətlər Liqasında ilk finalçı müəyyənləşdi

İdman

15 İyun 2023 01:41 904


Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib.

Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq. Toyuqlu pizza

Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.

Millətlər Liqası, "Dördlər finalı"

Yarımfinal

14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4

Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Rotterdam, "Feyenoord Stadionu"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!