Milli Avropa çempionatına bu heyətlə gedir 

saytların hazırlanması

Evə çatdırılma

Milli Avropa çempionatına bu heyətlə gedir 

İdman

04 Fevral 2020 11:09 1148


İtaliyanın paytaxtı Romada keçiriləcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, sərbəst güləşçilərdən Əfqan Xalaşov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq) döşək üzərinə çıxacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsinə isə Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) qatılacaq. Dördpendirli pizza

Qeyd edək ki, Avropa çempionatı 10-16 fevralda baş tutacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!