Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü il üçün dünya ölkələri liqalarının reytinqini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, TOP100-də Azərbaycan çempionatı da yer alıb.
Reytinqdə ilk 10-luq müvafiq olaraq İtaliya (1619,5 xal), İngiltərə (1567), İspaniya (1447), Braziliya (1290,5), Almaniya, (1282,75), Fransa (1143,25), Portuqaliya (1097), Niderland (1049,75), Belçika (1004, 75) və Argentinaya (966,5) məxsusdur. pizza hut
Azərbaycan çempionatı (429,75) ötən illə müqayisədə 1 pillə irəliləyişə nail olub. Hazırda “Misli” Premyer Liqası reytinqdə 40-cı yeri tutur.
Azərbaycan liqasından bir pillə öndə – 39-cu sırada Yaponiya (438,5) qərarlaşıb. 41-ci yerdə olan ölkəmizin ən yaxın izləyicisi isə Albaniyadır (410,5).
Telegram kanalımız