Milli futbolçumuz üçün növbəti şans

saytların hazırlanması

Evə çatdırılma

Milli futbolçumuz üçün növbəti şans

İdman

27 Fevral 2020 11:40 814


Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. "Yeni Sabah" xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" (İngiltərə) da cavab matçına çıxacaq. İngilislər səfərdə "Espanyol"un (İspaniya) qonağı olacaq. İlk qarşılaşmada millimizin hücumçusu meydana çıxmasa da, komandası 4:0 hesabı ilə rəqibini darmadağın etmişdi. Bu baxımdan, ingilislərin növbəti mərhələyə keçəcəyi daha real görünür. Eyni zamanda Dadaşovun bu matçda meydana çıxa biləcəyi də ehtimallar sırasındadır. Qeyd edək ki, 21 yaşlı futbolçunun iştirakçı siyahısında vətəndaşlığı almaniyalı kimi göstərilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!