Prezidentin keçmiş köməkçisi Əli Həsənov Çanaqqala savaşı barədə yazıb. Yenisabah.az onun yazdıqlarını təqdim edir:
"105 il əvvəl, 19 fevral 1915-ci ildə səhər saat 09.50-də ingilislərin "Cornvallis" zirehli hərbi gəmisindən açılan ilk atəşlə tarixə ən qanlı döyüşlərdən və ən möhtəşəm zəfərlərdən biri kimi daxil olmuş "Canaqqala Savaşı" başlayır. Bu döyüşdə Mustafa Kamal Paşa başda olmaqla qəhrəman türk əsgəri bütün dünyaya, onların doğma Vətəninə göz tikmiş Antanta ölkələrinə göstərdi ki, heç bir hərbi üstünlüklə türkün iradəsin qırmaq, onun doğma torpağını işgal etmək və milli heysiyyatını aşağılamaq olmaz!
Yaşasın qəhrəman türk xalqı və yenilməz Türkiyə-Azərbaycan qardaşlığı! Biz fəxr edirik ki, Çanaqqala şəhidləri sırasında çoxsaylı azərbaycanlı könüllülər də olub. Türkün torpağına göz tikən hər kəs məğlubiyyətə məhkumdur. İnşallah, Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarının azad olunacağı və mənfur erməni millətçilərinin işğalçılıq siyasətinin iflasa uğrayacağı gün də uzaqda deyil. Amin!" Telegram kanalımız