Bir neçə il öncə hər il ölkədə internetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə təsis olunan mükafatlında mərasimi son illər fəaliyyətini dayandırıb.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net - Milli İnternet Mükafatının sonuncu müsabiqəsi 2018-ci ildə keçirilb. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resursları arasında ən yaxşısını seçirdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu dəfə müsabiqənin konsepsiyasının dəyişəcəyini bildirib. Sezar pizza
O, müsabiqə ilə bağlı dəqiq tarixin bəlli olmadığını deyib:
“Milli Net - Milli İnternet Mükafatının konsepsiyasını dəyişib yenidən keçirmək fikri gündəmdə var. Əvvəllər biz ayrı-ayrı saytların qiymətləndirilməsi, ən populyar saytların üzə çıxmasını əsas məqsəd olaraq qarşımıza qoymuşduq. Biz ən populyar saytı seçib onu üzə çıxarmağı hədəfləyirdik. Amma indi fərqli fikirlərimiz var.
Təşkilatçılarımız da düşünür ki, bir qədər ayrı konsepsiya olsun, bu dəfə işi internetdəki xidmətlər üzərində quracağıq. Bu dəfə əsas sual “İnternet üzərində hansı ən yaxşı xidmətlər var?” olacaq. Söhbət rəqəmsal xidmətlərdən gedir. Hazırda bu istiqamətdə müzakirələr gedir, yeni əsasnamələr, mexanizmlər hazırlanacaq və bundan sonra müsabiqə elan olunacaq. Bu müzakirələr gedir, amma hələ dəqiq vaxt məlum deyil. Milli Net - Milli İnternet Mükafatında iştirak edənlər daha çox gənclər olurdu, layihələrin arxasında məhz gənclər dayanırdı.
Düşünürəm ki, budəfəki müsabiqədə də daha çox gənc təbəqənin nümayəndələri iştirak edəcək. Müsabiqədə konkret gənclərlə bağlı hansısa nominasiya yoxdur və sırf xidmətlərlə bağlı olacaq. Müsabiqənin vaxtını dəqiq demək indi çətindir, konsepsiya hazırlanan kimi bu barədə açıqlama veriləcək”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız