Milli Kitabxanada “27 Sentyabr - Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Yenisabah.az xəbər verir ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.
Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Zəfər salnaməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur. pizza mizza
Telegram kanalımız