Milli komanda Azərbaycan çempionatında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli komanda Azərbaycan çempionatında iştirak edəcək

İdman

02 Avqust 2021 13:53 862


Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Yenisabah.az Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Komandalardan 5-i ötən çempionatda da gücünü sınayıb, 2 klub debütantdır, bir klub “Alyans” FK Lənkəranı təmsil edir. Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib. pizza

Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək. 

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!