“Milli komandada uduzmaqdan yorulmuşuq“ - “Qarabağ“ın qapıçısı

saytların hazırlanması

Evə çatdırılma

“Milli komandada uduzmaqdan yorulmuşuq“ - “Qarabağ“ın qapıçısı

İdman

05 Noyabr 2021 12:06 790


"Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim".

Yenisabah.az xəbər verir ki, bu sözləri Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 4-cü tur matçından sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı "Report"a müsahibəsində deyib. Azərbaycan millisində də çıxış edən 27 yaşlı qolkiper qrupdakı son 2 oyun barədə düşünməyin hələ tez olduğunu bildirib:

“"Hələ "Omoniya" ilə Bakıda və "Bazel" ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə "Sumqayıt"la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq".  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!