“Milli komandadan təklif gəlsə...” - Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Milli komandadan təklif gəlsə...” - Rəşad Sadıqov

İdman

27 Noyabr 2023 21:07 1130


Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stressli vəziyyət olardı. Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim.

Yenisabah.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova həsr olunmuş "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib: Marqarita pizza

"Mənə "Qarabağ" və ya "Neftçi"də işləməyə hazırsanmı" sualını versəydilər, deyərdim ki, bunun üçün müəyyən zaman lazımdır. Amma millinin yeri mənim üçün tamamilə başqadır. Demək olar ki, ömrümü orada keçirmişəm. Əslində, rəsmi təklif olmadığı müddətcə bu mövzuda çox danışmaq və fikir bildirmək istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!