Millimiz Kiprlə heç-heçə etdi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Kiprlə heç-heçə etdi - Yenilənib

İdman

13 Oktyabr 2020 21:54 1583


Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komandamız 4-cü turda Kipr yığması ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb. Birinci hissədə Qara Qarayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb - 1:0.  Marqarita pizza

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.

Qeyd edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.

13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur

20:00. Azərbaycan – Kipr - 0:0

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Elbasan (Albaniya). “Elbasan Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!