Milli komandanın eks-baş məşqçisinə 20 il həbs

saytların hazırlanması

Evə çatdırılma

Milli komandanın eks-baş məşqçisinə 20 il həbs

İdman

13 Dekabr 2024 17:48 563


Çində futbol üzrə milli komandanın keçmiş məşqçisi Li Ti rüşvətxorluq ittihamı ilə həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəni tutmaq üçün 3 milyon yuan (təxminən 410 min dollar) rüşvət verdiyi isbatlanan Li 20 il müddətinə azadlıqdan məhrum olunub.

Karyerasına futbolçu kimi başlamış məhkum İngiltərənin "Everton" və "Şeffild Yunayted" komandalarında da çıxış edib. O, 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Çin yığmasının heyətində yer alıb. 2019-cu ildə Çin Milli Futbol Komandasının baş məşqçisi təyin olunan Li komandanın 2022-ci il dünya çempionatının seçmə qrupunda uğursuz çıxışı və Qətər kubokunda iştirak edə bilməməsinə görə istefaya göndərilib. pizza

Li Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi İntizam Təhqiqat Komissiyasının idman sahəsində apardığı korrupsiya araşdırması çərçivəsində həbs edilən ilk şəxslərdən biri olub.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!