Milli komandanın iki futbolçusunda dopinq tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Milli komandanın iki futbolçusunda dopinq tapıldı

İdman

23 Dekabr 2020 12:04 926


"Zaltsburq"un futbolçuları Məhəmməd Kamara və Seku Koyta dopinq testdə "ilişib".

Yenisabah.az xəbər verir ki, bu barədə Avstriya klubunun rəsmi saytı məlumat yayıb.

İki futbolçudan noyabrın 22-də götürülmüş dopinq testin nəticəsi müsbət çıxıb. Klubdan bildirilib ki,, onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər. pizza

Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1 700 metr hündürlükdə yerləşən stadionda keçirilib.

Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!