Milli Məclis büdcəyə yenidən baxacaq

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis büdcəyə yenidən baxacaq

Siyasət

01 Aprel 2020 10:49 574


Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə yenidən baxacaq.

Yenisabah.az-ın məlumatına görə, parlamentin yaz sessiyasında büdcəyə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Deputatlar, həmçinin, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara nəzərdə tutulan dəyişiklikləri də müzakirə edəcəklər. Dominos pizza

Qeyd edək ki, martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışıb.

Ölkə başçısı deyib ki, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır.

Dövlət başçısı söyləyib ki, ilk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - deyə İlham Əliyev bildirib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!