Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? - AÇIQLAMA

Siyasət

05 İyul 2024 18:36 1065


Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bəs bu müddət çərçivəsində hazırda millət vəkillərinin hüquqları qüvvədə qalır, yoxsa necə? Bu vəziyyətdə millət vəkillərinin aylıq məvacibləri ödəniləcək, yoxsa bu, məzuniyyət kimi hesablanacaq?

Oxu.Az məsələ ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirilməsi üçün Milli Məclisə sorğu ünvanlayıb. pizza mizza

Azərbaycan Respublikası Milli Məclisinin Aparatından sorğuya cavab olaraq bildirilib ki, səlahiyyətləri bitdiyi günədək Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının maddi təminatlarının saxlanılması və onların məzuniyyət hüquqlarını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmələri nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!