Milli Məclis müsabiqə elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis müsabiqə elan etdi

Siyasət

01 İyun 2020 19:58 1111


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Yenisabah.az xəbər verir ki, parlamentin Gənclər və idman komitəsi Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi təşkil edəcək.

Müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları komitənin 2020gencler@gmail.com ünvanına göndərilməlidirlər. pizza mizza

Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq, bu səbəbdən də aşağıdakı tələblərə cavab verməlidir:

• Azərbaycan (rus, ingilis və digər) dilində və “Times New Roman” şrifti ilə14 ölçüdə hazırlanmalı;

• Yazının həcmi 5 – 7 vərəq arasında olmalı;

• Eyni məzmunlu yazılardan istifadə edilməməlidir.

Müsabiqənin qalibləri sertifikatla mükafatlandırılacaq, yazılarının çap olunması təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!