Milli Məclis növbədənkənar toplanır

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis növbədənkənar toplanır

Siyasət

31 İyul 2020 15:16 1107


Dövlət büdcəsinə dəyişikliklə əlaqədar Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, avqustun 5-nə planlaşdırılan iclasda ilk müzakirəyə çıxarılacaq məsələ büdcə paketinə dəyişikliklər layihəsi olacaq. Lakin iclas bununla yekunlaşmayacaq.

Növbədəkənar iclasda aşağıdakı məsələlərin də müzakirəsi gözlənilir: Sezar pizza

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi;

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

“Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

“İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!