Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərdi

Maraqlı

10 Fevral 2023 14:46 834


Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!