Milli Məclisdə bir deputat yeri boşaldı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə bir deputat yeri boşaldı

Siyasət

15 Oktyabr 2025 17:10 169


Mərkəzi Seçki Komissiyası (MSK) deputat Ramil Həsənin mandatına xitam verib.

“Yeni Sabah”ın xəbərinə görə, bununla da parlamentdə bir yer boşalıb.

Bu, 94 saylı Ucar seçki dairəsi üzrə deputat yeridir.  pizza hut

Hazırda qanunverici orqanın 124 üzvü var.

Qeyd edək ki, Ramil Həsən 2024-cü ilin sentyabrın 1-də 94 saylı Ucar seçki dairəsindən deputat seçilmişdi. O, iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. R.Həsən bununla əlaqədar deputat mandatından imtina edib. O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!