Milli Məclisdə bu vəzifələr boşdur - İşçi axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə bu vəzifələr boşdur - İşçi axtarılır

Maraqlı

04 Fevral 2023 11:16 830


Milli Məclisin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbulla əlaqədar müsabiqə elan edir. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a bildirilib ki, müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaqdır.

Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.  pizza

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq. 

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını office@meclis.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!