Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı

Hadisə

21 Dekabr 2020 14:09 713


Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirə ediləcək. Dominos pizza

Qeyd edək ki, büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!