Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

Siyasət

29 Mart 2020 14:35 797


Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Milli Məclisin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, parlamentdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Milli Məclis rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

Bu gün - martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!