Milli Məclisdə vaxt məhdudiyyəti: Çıxışlar cəmi 5 dəqiqə çəkəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə vaxt məhdudiyyəti: Çıxışlar cəmi 5 dəqiqə çəkəcək

Siyasət

17 Aprel 2020 11:56 857


“Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.

Yenisabah.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”. pizza hut

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!