Milli Məclisdə yeni təyinatlar

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə yeni təyinatlar

Siyasət

03 May 2020 16:43 1166


Milli Məclisin yeni İcra Hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə müdir və müavin təyin edilib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni şöbəyə Rüstəm Mahmudov müdir, Teymur Tağıyev isə müavin təyin edilib.

Bundan əlavə, şöbənin nəzdində yeni Mərkəzi və Yerli İcra Hakimiyyətləri ilə iş sektoru yaradılıb. Həmin sektora isə Emin İmanov müdir təyin olunub. Sezar pizza

Qeyd edək ki, buna qədər Rüstəm Mahmudov Milli Məclis Aparatının Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini, Teymur Tağıyev həmin şöbənin Avropa ilə inteqrasiya sektorunun müdiri, Emin İmanov isə Ərazi vahidləri və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri vəzifəsində çalışıblar.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!