Milli Məclisdən deputatların adını səhv salan jurnalistlərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdən deputatların adını səhv salan jurnalistlərə xəbərdarlıq

Siyasət

18 Sentyabr 2020 11:22 848


Milli Məclisin komitə iclaslarından mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adları düzgün göstərilmir. Bu isə, öz növbəsində, oxucularda anlaşılmazlıq yaradır və haqlı suallara səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlamanı Milli Məclisin mətbuat xidməti yayıb. Bildirilib ki, sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib.

Qeyd edək ki, deputat Jalə Əliyeva ümumiyyətlə İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib. Pepperoni pizza

Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmağınızı xahiş edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!