Milli Məclisdən Koronavirusla Mübarizə Fonduna ianə ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdən Koronavirusla Mübarizə Fonduna ianə ilə bağlı açıqlama

Siyasət

13 Aprel 2020 22:21 566


“Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir".

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər: "Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!