Milli Məclisdən Eldar Əsgərovun müdir vəzifəsinə təyin edilməsi xəbəri ilə bağlı açıqlama verilib.
Yenisabah.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən məlumatda təyinatla bağlı xəbərin düzgün olmadığı qeyd olunub:
"Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifənsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb. Dördpendirli pizza
Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adı çəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır".
KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq".
Telegram kanalımız